240 hündürmərtəbəli binaya təbii qaz verilib

240 hündürmərtəbəli binaya təbii qaz verilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) 240 çoxmərtəbəli binaya qaz verib.

Bu barədə “Report” OilGas.az-a “Azəriqaz”ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu proses ümumilikdə, 11266 mənzili əhatə edib.

“İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, – deyə “Azəriqaz”dan bildirilib.

OilGas.az

269 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ