“2020-ci ildə alternativ enerjidən istifadə 20 faizə çatacaq”

“2020-ci ildə alternativ enerjidən istifadə 20 faizə çatacaq”

Dünyada neftin, qazın və digər karbohidrogen ehtiyatlarının azalması müşahidə olunur. Yeni texnologiyaların inkişafı isə alternativ enerjidən istifadəni asanlaşdırıb. İndi bir çox ölkələr yeni texnologiyalar vasitəsilə günəş, külək və bioenerjidən istifadə edirlər.

OilGas.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin üzvü Əflatun Amaşov söyləyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda alternativ enerjidən istifadəyə xüsusi diqqət yetirilir. Ölkəmiz neft və qazla zəngin olsa da, alternativ enerjidən də istifadə edir. Son məlumatlara görə, hazırda Azərbaycanda alternativ enerjidən istifadə təxminən 17 faizdir. 2020-ci ildə bu rəqəmin 20 faizə çatdırılması nəzərdə tutulub.

Ə.Amaşov bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə alternativ enerjidən istifadə təxminən 20 faiz, dünyada isə 17 faiz təşkil edir. 2020-ci ildə bu rəqəmin inkişaf etmiş ölkələrdə 40 faizə, dünyada isə 20 faizə çatdırılması planlaşdırılır. 2050-ci ildə isə bu rəqəmlərin inkişaf etmiş ölkələrdə 70 faizə, dünyada isə 30 faizə qədər artırılması nəzərdə tutulub.

OilGas.az

438 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ