2017-ci ildə “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz hasil edilib

2017-ci ildə “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz hasil edilib

2017-ci il ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, il ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qeyd edək ki, “Şahdənizdə” iştirak payları BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%) şirkətlərinə məxsusdur.

240 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ