20 ildə “Azəri-Çıraq-Günəşli”dən nə qədər neft hasil olunub?

20 ildə “Azəri-Çıraq-Günəşli”dən nə qədər neft hasil olunub?

1997-ci ildən indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3 milyard barreldən çox neft hasil edilib.

OilGas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrell deyib. O bildirib ki, qarşıdakı onilliklərdə də AÇG-dən belə yüksək göstəricilər ilə hasilat davam etdiriləcək.

“Hazırda AÇG üzrə gündəlik məşəldə qaz yandırılmır. Yalnız fövqəladə vəziyyət olduqda, yəni əməyin və texniki təhlükəsizliyi təmin etmək üçün, yaxud da profilaktik və təmir işləri aparılan zaman məşəldə qaz yandırılır”, – deyə o əlavə edib.

OilGas.az

682 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ