2 trilyon 700 milyard dollarlıq neftin davası – 90 illik mübarizə

2 trilyon 700 milyard dollarlıq neftin davası – 90 illik mübarizə

Ötən gün Kərkükün 1927-ci ildə kəşf edilən neft quyularından biri illərlə davam edən müharibələrdən daha birinə şahid oldu və yatağa nəzarət mərkəzi hökumətin əlinə keçdi.

OilGas.az xəbər verir ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində həyata keçirilən referendumdan sonra davam edən söz müharibəsi silahlı toqquşmayla əvəzləndi. İraqın gələcəyini maraqlandıran bu hesablaşmanın ardında isə 46 milyard barel neft var. İraq neftinin üçdə birini təşkil edən bu rəqəmin hazırki dəyərisə 2 trilyon 668 milyard dollara bərabərdir.

Davanın simvoluna çevrilən Kərkükün İraq nefti içərisindəki payı isə 12,3% təşkil edir. Ötən gün ələ keçirilən quyuların digər bir xüsusiyyətisə dünyanın ən qədim quyularından olmasıdır. Hazırda dünya 1927-ci ildə “BP” və “Total” şirkətlərinin ilk rəhbərləri tərəfindən kəşf edilən Kərkük nefti uğrunda aparılan çox saylı müharibələrdən sonuncusu izləyir. Kərkük nefti əsasən Avropa ölkələrinə nəql olunur. Bu neftin ən böyük idxalçıları İtaliya, Yunanıstan və İsraildir. İraqın şimalında bir çox neft bölgələri var. Hazırda 20 yeni bölgəyə lisenziya verilib.

2017-ci ilin ilk yarımilliyində Tavke ərazisində günlük hasilat 109 700 barel təşkil edib. Avqust ayından etibarən Taq Taq bölgəsində gündəlik hasilat isə 22 100 barelə bərabər olub. İraqın şimalındakı neft sahələrinin idarə edilməsinə gəldikdə isə bura BMT-ni xatırladır. Çünki demək olar ki, bütün ölkələrin şirkətləri ərazidə təmsil olunur: Rusiya şirkətləri “Rosneft” və “Qazprom”, Türkiyədən “Genel Enerji”, ABŞ şirkətləri “Chevron” və “ExxonMobile”. Bundan başqa bölgədə “KAR Group”, “Total”, “HKN Enerji”, “Addax” kimi firmalar da yer alır.

OilGas.Az

310 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ