19 yaşayış məntəqəsinə təbii qaz verildi

19 yaşayış məntəqəsinə təbii qaz verildi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin birinci rübündə 775,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 56,6 km qaz kəməri əsaslı təmir olunub.

Birlikdən OilGas.az-a verilən məlumata görə, yanvar – mart ayları ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan və Masallı rayonları üzrə 19 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

60 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ