“Rosneft” Çinə 5 il neft ixrac edəcək – Saziş təsdiqləndi

“Rosneft” Çinə 5 il neft ixrac edəcək – Saziş təsdiqləndi

“Rosneft” şirkətinin Direktorlar Şurası Çinin CEFC (China Energy Company Limited) şirkətilə imzalanan neft tədarükü üzrə sazişi təsdiqləyib.

OilGas.az şirkətdən xəbər verir ki, tədarükün müddəti 5 il təşkil edəcək. 2018-ci il yanvarın 1-dən müqavilə çərçivəsində şirkət 60,8 milyon ton neft ixrac edəcək.

Sazişin hansı məbləğ qarşılığında  bağlandığı müəyyən deyil. Belə ki qiymətlər uzunmüddətli perspektivdə neftin bazar qiymətlərindən asılıdır. Hər bir tədarükün qiyməti həmin dövrdə neft bazarında qüvvədə olan kotirovkalarlardan irəli gələn formula ilə müəyyən olunacaq.

Qeyd edək ki, “Rosneft” və CEFC kəşfiyyat və hasilat, neft emalı və neft-kimya, neft və neft məhsullarıyla ticarət, pərakəndə satış və maliyyə xidmətləri üzrə strateji əməkdaşlıq və qarşılıqlı fəaliyyət barədə saziş imzalayıblar. Daha sonra şirkətlər arasında illik 10 milyon ton Rusiya neftinin Çinə ixrac edilməsi üzrə 5 illik müqavilə imzalanıb.

OilGas. az

 

143 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ